Tramp Rusiya əleyhinə sanksiyaları ləğv edir

Tramp Rusiya əleyhinə sanksiyaları ləğv edir
  27 Yanvar 2017    Oxunub:10916
ABŞ prezidenti Donald Trampın Administrasiyası Rusiya əleyhinə sanksiyaların ləğv olunması üçün lazımı sənədlər hazırlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Atlantic Council” Analitik Mərkəzinin elmi əməkdaşı Fabris Potye öz “Twitter” hesabında yazıb.

“Mənbələr bildirir ki, Tramp Administrasiyası Rusiya əleyhinə sanksiyaların aradan qaldırılması üçün sərəncam hazırlayıb”, - deyə yazan Potye Moskva, Berlin və Vaşinqton arasında şənbə günü danışıqların keçiriləcəyini də xatırladıb.




Bundan əlavə, Rusiya əleyhinə sanksiyaların aradan qaldırılmasını “Politico” nəşrinin əməkdaşı Syuzen Qlasserdə bildirib: Bir neçə mənbə bildirir ki, qərarla Rusiya əleyhinə sanksiyalar birtərəfli qaydada ləğv olunacaq”.






Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti