Hərbçilər arasında müsabiqə keçirilir

Hərbçilər arasında müsabiqə keçirilir
  27 Dekabr 2016    Oxunub:1227
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarə rəisinin təsdiq etdiyi plana əsasən Gəncə Qarnizonu Zabitlər evində hərbi qulluqçular arasında bədii özfəaliyyətə baxış keçirilir.
AzVision.az-ın məlumatına görə, Beyləqan, Bərdə, Şəmkir və Gəncədə baş tutan seçim turunda 221 hərbi qulluqçu iştrak edib. Onlardan 98 nəfəri seçilib, yarımfinala isə 25 nəfər keçid alıb.

Müsabiqə finalçılarının səsvermə nəticələri bu gün saat 12:00-a olan məlumata əsasən İsmayılov Seymur ansamblı ilə 92348 səslə 25- liyə liderlik edir. Onun ardınca 30783 səslə Nadirli Fərid və 16488 səslə Aslanov Elçin gəlir.

Müsabiqə haqqında ətraflı məlumatı www.veten-ugrunda.az saytından və “Vətən uğrunda” facebook səhifəsindən əldə etmək olar. Onu da qeyd edək ki, 20 dekabr 2016 cı il tarixindən 27 dekabr saat 11.00-a qədər www.veten-ugrunda.az saytına 116.154 nəfər daxil oluraq səs vermədə iştrak edib. “Vətən uğrunda” feysbuk səhifəsinin aktivliyi 17.149 nəfər, “youtube” kanalının aktivliyi isə 19.747 nəfər təşkil edib.

Onu da nəzərinizə çatdıraq ki, final konserti 28 dekabrda, qaliblərin mükafatlandırılması isə dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş qala-konsertdə baş tutacaq.

Saat 18:00-da səsvermə bitəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti