Gömrükdən Yeni il əməliyyatı

Gömrükdən Yeni il əməliyyatı
  19 Dekabr 2016    Oxunub:1399
Gürcüstandan Azərbaycana külli miqdarda pirotexniki vasitələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzVision.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib.

Gömrük baxışı zamanı, avtomobilin gizli saxlanc yerlərində 506 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.

AzVision.az

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti