Yuyucu tozun içindən telefon çıxdı

Yuyucu tozun içindən telefon çıxdı
  17 Dekabr 2016    Oxunub:2524
Gömrükçülər yuyucu tozun içərisində mobil telefonlar aşkar edib.
AzVision.az -ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobilin yük yerində olan yuyucu tozun içərisində, gömrük nəzarətindən gizlədilmiş halda 1 ədəd “Samsung Galaxy J7 Prime”, 3 ədəd “Samsung Galaxy J5”, 1 ədəd “Samsung Galaxy J3” və 1 ədəd “Samsung Galaxy J2” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 21 ədəd USB kabel, 20 ədəd qidalandırıcı başlıq, 20 ədəd “qulaqcıq və 17 ədəd adapter aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti