Bakının mərkəzində `Körpələrin səsi` hər kəsi kövrəltdi - VİDEO

Bakının mərkəzində `Körpələrin səsi` hər kəsi kövrəltdi - VİDEO
  09 Dekabr 2016    Oxunub:8574
Fəvvarələr Meydanında "Nargiz Fond" –un təşəbbüsü və Amapola Exclusive Events şirkətinin təşkilatçılığı ilə "Soyuq əllər, İsti ürək" Qış nağılı adlı Xeyriyyə Yarmarkası keçirilir.

Yarmarkanın açılışında YARAT-ın təşəbbüsü ilə ilə hazırlanmış "Körpələrin səsi" layihəsinin təqdimatı olub. Bu əsəri xalq artistləri Zülfiyyə Xanbabayeva və Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova və Abbas Bağırov ifa edib. Mahnıda uşaq xorunu isə Bülbül adına məktəbin şagirdləri səsləndirib.

Mahnının sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair Cəlal Qurbanova, musiqisi Hakan Erola məxsusdur.

Qeyd edək ki, bu Cəlal Qurbanovun ilk belə layihəsi deyil. O, bundan öncə "Sən Azərbaycanlısan", "Qarabağın səsi" mahnılarının sözlərini və Avropa Oyunlarının himnini də yazmışdı.

"Körpələrin səsi" layihəsi də böyük maraqla qarşılanıb və ilk dəfə xeyriyyə yarmarkasında səslənən mahnı hər kəsi kövrəldib.

Cəlal Kəngərlinin layihənin təqdimatından hazırladığı videoroliki təqdim edirik:




Teqlər:





Xəbər lenti