ABŞ-da gecə klubunda yanğın: 9 ölü, 25 itkin

ABŞ-da gecə klubunda yanğın: 9 ölü, 25 itkin
  04 Dekabr 2016    Oxunub:2313
ABŞ-ın Oklend şəhərində (Kaliforniya ştatı) gecə klubunda baş verən yanğın nəticəsində 9 nəfər həlak olub, 25 nəfər itkin düşmüş hesab olunur.
ABŞ KİV-lərinin yaydığı məlumata görə, yanğın cümə günü yerli vaxtla saat 23:30-da, klubda şənlik keçirilən vaxt baş verib. Yanğınsöndürənlər binada 50 nəfərədək insanın ola biləcəyini və həyatını itirənlərin olduğunu bildirirlər. Oklend polisi faktı təsdiqləsə də, ölənlərin dəqiq sayı barədə məlumat verməyib.

Yanan klub binasında vəziyyət təhlükəli olduğu üçün yanğınsöndürənlərin içəri girməsinə icazə verilmir. İlkin məlumata görə, yanğına pirotexnikadan istifadə edilməsi səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti