Gömrükdə telefon əməliyyatı

Gömrükdə telefon əməliyyatı
  30 Noyabr 2016    Oxunub:1537
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, baxış zamanı avtomobilin yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilən 12 ədəd “Samsung Galaxy J2”, 1 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 22 ədəd mobil telefon qutusu, 12 ədəd qidalandırıcı başlıq, 12 ədəd USB kabel və 9 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti