Deputat Azərbaycanın səsverməyə qatılmamasının sirrini açdı

Deputat Azərbaycanın səsverməyə qatılmamasının sirrini açdı
  16 Noyabr 2016    Oxunub:4840
“BMT Baş Assambleyasında Krımda insan haqlarının pozulmasıyla bağlı qətnamə gündəliyə çıxarılarkən Azərbaycanın səsverməyə qatılmaması tam anlaşılan bir addımdır. Bu, qətiyyən Ukraynanın torpaq bütünlüyünün dəstəklənməməsi deyil. Belə bir addımın arxasında heç Rusiyanı qıcıqlandırmamaq niyyəti də durmur. Durursa da bu, ikinci plandadır”.

Bu fikirlər millət vəkili, siyasi icmalçı Sahib Alıyevə məxsusdur. O, öz feysbuk profilində yazıb ki, Azərbaycanın ölkələrin torpaq bütünlüyü məsələsində kimin necə yanaşmasından asılı olmayaraq həmişə qətiyyətli və prinsipial bir mövqe ortaya qoyduğu kimsəyə sirr deyil. Biz belə bir mövqeni Kosovonun müstəqilliyi kimi mürəkkəb bir məsələdə də sərgiləmişdik, elə həmən Ukraynanın özünnü torpaq bütünlüyü məsələsi BMT gündəminə çıxarılanda da. Azərbaycan həm Serbiyanın, həm də Ukraynanın d torpaq bütünlüyünü dəstəkləmişdi.

Azərbaycan özəlliklə də separatçılıqdan əziyyət çəkən postsovet ölkələrinin torpaq bütünlüyü məsələsində həmin dövlətlərin bizim Dağlıq Qarabağ probleminə yanaşmada darvandıqlarından daha prinsipial davranıb ki, bunu da hər kəs görüb və bilir.

Yaxşı, onda biz Krımda insan haqlarının pozualması məsələsi BMT Baş Assambleyasının gündəmində olarkən nədən səsverməyə qatılmadıq?

- Səbəb aydın və sadədir. – Deputat yazır.- Bu gün Dünya İnformasia Agentliklərinin Bakıda keçirilən V konqresində Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin bir cümləsindən də bunu anlamaq olar. O, Dağlıq Qarabağ prpbleminə yanaşmada ikili standartlardan çıxış edənlərə səslənrərk "Bizim torpaq bütünlüyümüz başqa ölkələrin torpaq bütünlüyü nə dərəcədə qiymətlidirsə, o dərəcədə qiymətlidir" sözlərini elə-belə demirdi.

Krımın işğalı Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarının işğalından illərlə sonra, həm də qansız-qadasız reallaşdırlıb. Krımda insan haqları pozulursa, Azərbaycanın işğal altındakı torpaqlarında entik təmizləmə həyata keçirilib və soyqırımı baş verib. Xocalıda törədilən soyqırımı görməzlikdən gəlib, öz yurd yerindən qovulan milyondan artıq azərbaycanlının ən doğal haqqlarının pozulmasına laqeyd yanaşanların ikili standart siyasətlərində biz yer almayacağıq. Azərbaycanın BMT Baş Assambleyasında Krımda insan haqlarının pozulmasıyla bağlı qətnamə gündəliyə çıxarılarkən səsverməyə qatılmaması bax, bu deməkdir!



Teqlər:  





Xəbər lenti