Ərdoğan tanınmış aktyor üçün telefonla qız istədi

Ərdoğan tanınmış aktyor üçün telefonla qız istədi
  15 Noyabr 2016    Oxunub:51837
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan hava limanında tanınmış aktyor Murad Yıldırım və onun nişanlısı ilə rastlaşıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan aktyor və nişanlısı ilə xeyli söhbət edib.

Ərdoğan daha sonra telefon vasitəsilə Murad Yıldırımın gələcək qayıınatası ilə əlaqə saxlayıb.

Görüntülü danışıq zamanı Ərdoğan Əl Banidən qızını istəyib: “Gənclər anlaşıblar. Allahın əmri ilə qızınızı Yıldırıma istəyirəm”.

“Təşəkkür edirəm. Gənclər bir-birilərini sevirlərsə, madam ki, siz qızımızı istədiniz, inşallah bu evlilik hər birimiz üçün xeyirli olar”,-deyə qızın atası Ərdoğana söyləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti