Feysbuk yalan xəbərlərlə mübarizəyə başlayır

Feysbuk yalan xəbərlərlə mübarizəyə başlayır
  14 Noyabr 2016    Oxunub:3462
Facebook-ın qurucusu və sahibi Mark Zukerberq sosial şəbəkədə yalan məlumatların yayılması ilə aktiv mübarizə aparmaq niyyətindədir.

- İnsanların Facebook-da gördüklərinin 99%-i gerçək xəbərlərdir. Onların çox az hissəsi yalan və uydurmadır. Saxta xəbərlər də hansısa konkret bir mövzuya aid olmurlar,- deyə Zukerberq öz profilində yazıb.

O, qeyd edib ki, sosial şəbəkədə saxta xəbərlərlə mübarizəni gücləndirmək niyyətindədir. Facebook komandası artıq saxtalığı ehtimal edilən xəbərləri xüsusi qeydlə nişanlamağa imkan verən servisin yaradılması üzərində çalışır.



“The Guardian” isə qeyd edir ki, bu problem əslində çoxdan var, sadəcə, ABŞ-da prezident seçkisi zamanı Barak Obamanın diqqət yetirməsindən sonra mövzu yenidən gündəmə gəlib. Belə ki, səsverməyə bir neçə gün qalmış sosial şəbəkədə guya Hillari Klintonun poçtunu araşdıran FBI əməkdaşının intihar etməsi haqqında xəbər yayılmışdı.

Şahanə
AzVision.az


Teqlər:





Xəbər lenti