ABŞ-ın məxfi məlumatları oğurlanıb - Yeni Snouden qalmaqalı
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Martin bu ilin avqustun sonunda saxlanılsa da, bu barədə məlumat yalnız oktyabrın əvvəli yayılıb. Onun evində aparılan axtarışlar zamanı ABŞ hökumətinə məxsus rəqəmsal materiallar aşkarlanıb. Oğurlanan materialların ümumi həcmi 50 terabayt olub.
Martinin vəkilləri iddia edir ki, o, məlumatları ölkəsinə xəyanət etmək üçün oğurlamayıb. O, yalnız daha məlumatlı mütəxəssis olmağa cəhd edib.
Buna baxmayaraq Harold Tomas Martin III-ə dövlət mülkiyyətini oğurlama, həmçinin gizli materialların qeyri-qanuni götürülməsi və saxlanılması maddələri üzrə ittiham irəli sürülüb.
Martin MTA-üçün gizli kiber əməliyyatların hazırlanması və tətbiq olunması ilə məşğul olan “Booz Allen Hamilton” şirkəti ilə işləyib. Bu şirkətdə daha əvvəl Edvard Snouden işləyib.
Qeyd edək ki, 2013-cü ildə Snouden ABŞ-dan Rusiyaya qaçıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Həmçinin oxuyun:
Pentaqon Çin kəşfiyyatının torunda – Konqresdə xüsusi dinləmə olacaq