Ukraynada yaşayan azərbaycanlıların problemi müzakirə edildi

Ukraynada yaşayan azərbaycanlıların problemi müzakirə edildi
  07 Oktyabr 2016    Oxunub:2582
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Baş prokuror Zakir Qaralovla görüşüb.
AzVision.az xəbər verir ki, görüş zamanı tərəflər ölkələrimiz arasında hüquq-mühafizə sahəsində qarşılıqlı əlaqələri müzakirə edib

Müzakirələr zamanı tərəflər Ukraynada Azərbaycan vətəndaşlarına qarşı qanun pozuntuları haqqında fikir mübadiləsi aparıb.

Görüş zamanı Ukrayna səfiri bildirib ki, “Ölkədə kriminal vəziyyət pisləşib, lakin Ukraynada antiAzərbaycan əhval ruhiyyəsinin olmasını hesab etmək üçün əsas yoxdur”.

"Bir qayda olaraq, azərbaycanlılar müxtəlif cür kriminal fırıldaqlara və bu kimi şeylərə qatıldıqları zaman əziyyət çəkirlər. Amma bu, eyni dərəcədə ukraynalılara və Ukraynada yaşayan digər millətlərin nümayəndələrinə də aiddir", - səfirlikdən bildirilib.

Səfir Mişenko vurğulayıb ki, ümumilikdə rəsmi Kiyev tərəfindən nəzarət edilən Ukrayna ərazilərində vəziyyətin tam sabit olduğunu qeyd edib. O, buna bariz nümunə kimi Truskavets şəhərində yerləşən Qərbi Ukrayna istirahət mərkəzinə hər il minlərlə Azərbaycan vətəndaşının gəldiyini və indiyə qədər səfirliyə həmin azərbaycanlılara qarşı törədilmiş hansısa mənfi hallardan şikayət daxil olmadığını göstərib.

Azərbaycanın baş prokuroru Z.Qaralov Ukrayna Baş Prokurorluğu rəhbərliyinin yaxın zamanda Ukraynadakı Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirməyə hazırlığını yüksək qiymətləndirib. Baş prokurur bu görüş sayəsində Ukrayna yaşayan azərbaycanlıların mövcud problemlərinin həllini tapacağına inamını ifadə edib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti