`Sultan Süleyman` Bakıda `Əli və Nino`ya baxacaq - FOTO

`Sultan Süleyman` Bakıda `Əli və Nino`ya baxacaq - FOTO
  29 Sentyabr 2016    Oxunub:10301
Artıq bir müddətdir ki, cəmiyyətdə gəzən söz-söhbətlərə görə Qurban Səidin eyni adlı romanı əsasında Çəkilmiş “Əli və Nino” filmində rol alan türk kinosunun ulduz aktyorU Halit Ergenç Bakıya səfər edəcək.
Çox güman ki, bu söhbət öz təsdiqini tapmaqdadır. Belə ki, bu yaxınlarda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəsmi feysbuk səhifəsində maraqlı paylaşım edilib. Paylaşım məhz Halit Ergenç haqqındadır.

Qeyd edək ki, Halit Ergenç tamaşaçıların ürəyində “Möhtəşəm yüzyıl” televiziya serialın “Sultan Süleyman” obrazı kimi qalıb. Aktyor “Əli və Nino” filmində isə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyski rolunu oynayıb.

Qeyd edək ki, Azərbaycan tamaşaçıları oktyabrın 6-dan etibarən filmi kinoteatrlarda izləyə bilərlər. Film Məhəmməd Əsəd bəyin (Qurban Səid) “Əli və Nino” romanı əsasında çəkilib. Film müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edir.

Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi Kristofer Hempton, rejissoru isə Asif Kapadiyadır.







Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti