Əli Kərimli ilə müsavatçılar arasında mitinq davası

Əli Kərimli ilə müsavatçılar arasında mitinq davası
  20 Sentyabr 2016    Oxunub:8223
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “Facebook” səhifəsində Müsavat başqanı Arif Hacılını tənqid edib. O, Müsavat başqanını məntiqsizliklə suçlayıb.

“Bir başqasından xahiş etməmişik ki, bizim əvəzimizdən 24 sentyabra mitinq elanı versin. Bir müddət öncə, sentyabrın 11-i və 17-də mitinq keçirməklə bağlı Milli Şura təmsilçiləri Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərib. Milli Şura rəhbərliyindən kimlərsə xalqı 24 sentyabrda mitinqə çağırıbmı? Xeyr, olmayıb belə bir şey” - deyə Ə.Kərimli bildirib.

Müsavat başqanı Arif Hacılı isə AzVision.az-a bildirib ki, haqqında səsləndirdiyi fikirlərə görə Əli Kərimliyə cavab vermək niyyətində deyil.

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı partiyanın sentyabrın 18-də keçirdiyi mitinqdə aksiya iştirakçılarını Milli Şuranın sentyabrın 24-də keçirəcəyi mitinqə dəstək verməyə çağırıb. Milli Şura isə sentyabrın 24-nə mitinq keçirməyi planlaşdırıb, bununla bağlı BŞİH-ə də müraciət edib, lakin sonradan həmin tarixdə mitinq keçirməyəcəyini bəyan edib. Bu hal hər iki siyasi qurum arasında yeni qalmaqala səbəb olub.

Məlum olan budur ki, sadəcə olaraq, tərəflərin hər ikisi kifayət qədər adam toplaya bilmədiklərini gördükləri üçün, növbəti aksiyaları ləğv ediblər. Amma bu zaman çalışırlar ki, məsuliyyət qarşı tərəfin üstündə qalsın. Mitinqlər üçün qrant verənlərə də belə izahat verə bilsinlər ki, `Mənlik deyildi, o elədi...`

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti