`İlham Əliyevi Çeçenistanda gözləyirik...` - Kadırov

`İlham Əliyevi Çeçenistanda gözləyirik...` - Kadırov
  28 Avqust 2016    Oxunub:2566
Çeçenistan lideri Ramzan Kadırov Qroznıda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxulislam Allahşükür Paşazədə ilə görüşüb.
Bu barədə R.Kadırov öz "İnstagram" səhifəsində yazıb.

"O, mənə böyük qardaşım, Azərbaycan prezidenti İlham Əliyevin isti salamlarını çatdırdı. Paşazadə uzun illər dost olduğu Çeçenistan Respublikasının ilk prezidenti, Rusiyanın Milli Qəhrəmanı Əhməd Hacı Kadırov ilə çoxsaylı görüşləri barədə söz açdı. Mən ona gəlişinə görə təşəkkürümü bildirdim, İlham Əliyevi Çeçenistanda gözlədiyimizi ona çatdırmasını xahiş etdim", – deyə R.Kadırov əlavə edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti