Müsavatın təşviqat qrupu qeydə alınmadı
AzVision.az-ın məlumatına görə, MSK katibi Arifə Muxtarova deyib ki, “Respublika” təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayı tələb ediləndən az olub.
O qeyd edib ki, 3604 imza etibarsız sayılıb: “Qalan 35 mindən bir qədər çox imza təşviqat qrupunun qeydə alınması üçün kifayət deyil”.
MSK “Respublika” təşviqat qrupunun qeydə alınmasından imtina edilməsi barədə qərar verib.
Elvin Abdulqədirov
AzVision.az