Türkiyə `Fərat Qalxanı` əməliyyatından nə qazandı?

Türkiyə `Fərat Qalxanı` əməliyyatından nə qazandı?
  25 Avqust 2016    Oxunub:5313
Ötən gün Suriyada Türkiyə Silahlı Qüvvələri tərəfindən başladılan və 8 saat davam edən hərbi əməliyyat nəticəsində Cerablus tamamilə İŞİD-in nəzarətindən çıxarıldı. Bununla da Türkiyə `Fərat Qalxanı` əməliyyatı ilə üç mühüm nəticə əldə etmiş oldu.

Bölgədə əməliyyat aparmağa qadir olduğunu isbatladı

Məlumdur ki, Suriya uzun zamandır fərqli qüvvələrin oyun meydanına çevrilib. İlk növbədə 15 iyul hərbi çevrilişə cəhdlə ağır zərbəyə məruz qalan Türkiyə bölgədə hərbi əməliyyat aparmağa qadir olduğunu bir daha ortaya qoydu. Eyni zamanda Suriya ilə sərhəddə kürd koridorunun yaradılması və İŞİD təhdidi nəticəsində bölgədə yerləşən ərəb dövlətləri ilə əlaqələrinin kəsilməsi riskinin qarşısını aldı. Bu əməliyyat isə Ərəb dünyasına çıxış qapısının yenidən ələ keçirilməsi ilə nəticələndi.



Diplomatik uğur

Əməliyyatdan öncə həyata keçirilən diplomatik fəallıq, hərəkatın məqsədinin həm müttəfiq, həm də bölgə dövlətlərinə düzgün formada çatdırılması başqa bir dövlətin ərazisində həyata keçirilən əməliyyata təpki gətirmədi. Əksinə, ABŞ başda olmaqla Rusiya, İran, Almaniya kimi böyük dövlətlər Türkiyəni dəstəkləyən bəyanatlar verdilər. Eyni zamanda YPG-ni Fərat çayının qərbinə keçməməsi ilə bağlı xəbərdarlıq edildi.



Taktika və Motivasiya

Türkiyə sağlam taktika, qurumlararası əməkdaşlıq, doğru hədəfə fokuslanma və motivasiya ilə məqsədin qısa zamanda çata bildi. Bunun nəticəsidir ki, 8 saat kimi bir zaman kəsiyində Cerablus İŞİD-in əlindən alındı. /Habertürk/

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti