Azərbaycan Türkiyədən ən çox mənzil alan 8-ci ölkə oldu
Bu ilin iyul ayında azərbaycanlılar Türkiyədən 39 ədəd mənzil alıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 42,64% azalma deməkdir.
Bu ilin yanvar-iyul aylarında isə azərbaycanlılar Türkiyədən cəmi 375 ədəd mənzil alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,67% azalma deməkdir.
Xatırladaq ki, ötən il təkcə iyul ayında azərbaycanlılar Türkiyədən 68 ədəd, ilk yeddi ayında isə cəmi 458 ədəd mənzil almışdı.
Bu il Türkiyənin mənzil bazarına isə ən çox maraq göstərən ölkələr isə İraq (1753), Küveyt (1004), Səudiyyə Ərəbistanı (974), İngiltərə (479), Rusiya (685) olub.
Eldar Tanrıverdiyev
AzVision.az