Moskvada bank binasını ələ keçirən erməni sahibkar təslim olub

Moskvada bank binasını ələ keçirən erməni sahibkar təslim olub
  25 Avqust 2016    Oxunub:2706
`Sitibank`ın Moskvanın Bolşaya Nikitinskaya küçəsində yerləşən şöbəsində 4 nəfəri girov götürən və özünü partladacağı ilə hədələyən şəxs təslim olub.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü vəziyyətlə tanış olan mənbəyə istinadən "İnterfax" məlumat yayıb.

Agentlik həmsöhbətinin məlumatına görə, kişi saxta partlayıcı qurğunu polisə verib və ona qarşı yumşaq davranmalarını xahiş edib.

Çərşənbə günü axşam "Sitibank"ın şöbəsinə boynunda üzərində naqillər olan qutu bərkidilmiş kişi daxil olub. O özünü partladacağı ilə hədələyib. Həmin zaman bankda 4 nəfər olub. Daha sonra kişi bütün girovları azad edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bank şöbəsini müflis olmuş erməni sahibkar Aram Petrosyan ələ keçirib. Onun 4 il biznesi ilə bağlı problemləri və müvafiq olaraq borcu yaranıb.

AzVision.az


Teqlər:





Xəbər lenti