İlham Əliyev iİtaliyalı həmkarına başsağlığı verdi

İlham Əliyev iİtaliyalı həmkarına başsağlığı verdi
  24 Avqust 2016    Oxunub:1830
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının PrezidentiSercio Mattarellaya başsağlığı verib.
AzVision.az-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

AzVision.az


Teqlər:  





Xəbər lenti