Bakıda yük maşını ölüm saçdı - VİDEO

Bakıda yük maşını ölüm saçdı - VİDEO
  24 Avqust 2016    Oxunub:3359
Qayda pozuntuları ilə tez-tez gündəmə gələn yük avtomobillərinin sürücüləri bu dəfə də yol hərəkəti qaydasını kobud şəkildə pozublar. Söhbət Mərdəkan yolunda yük avtomobillərindən birinin sürücüsünün yol boyu qaydalara əməl etməməsindən gedir. Həmin anı isə arxadan gələn avtomobildəki sərnişinlərdən biri mobil telefonla çəkib.

Sürət həddini aşaması bir yana, hələ qarşıdakı avtomobillə ara məsafəsini də düzgün saxlamayıb. Söhbət, bu ağır tonaljlı yük avtomobilinin sürücüsündən gedir. Görüntülər bir neçə gün əvvəl paytaxtın aeroport yolunda lentə alınıb.

Videodan məlum olur ki, 99 -ZB- 305 dövlət nömrə nişanlı yük avtomobili hərəkət zamanı sağ zolaqla getmək əvəzinə, sol zolağı tutub və yüksək sürətlə hərəkət edir. Baxmayaraq ki, tablodakı saatda 100 kilometrlik sürət həddi yalnız minik avtomobilləri üçün nəzərdə tutulub.

Bundan əlavə, həmin avtomobilin sürücüsü düzgün ara məsafəsi də saxlamayıb. Bu avtomobilin sürücüsü yol boyu təhlükəli manevrlər edərək digər sürücülərə təhlükə yaradıb. O, qarşıda gedən nəqliyyat vasitələrinə o qədər yaxınlaşır ki, sürücülərin əksəriyyəti qorxudan avtomobili sağa-sola çəkib ona yol verməli olublar.

AzVision.az xezerxeber.com-a istinadən bildirir ki, görüntüləri izləyən yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov da, sürücünün bu cür idaretmə ilə bir neçə yol hərəkəti qaydasını kobud şəkildə pozduğunu deyir. Ekspertin sözlərinə görə, bunlar sürət həddini aşma, düzgün yol seçməməsi və ən əsası qarşısındakı avtomobillə ara məsafəsini 50-60 metr saxlamasıdır.

Yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, əgər minik maşınının qarşısında hansısa bir mane çıxsa idi, yük avtomobilinin sürücüsü mütləq ağır qəzaya səbəb olacaqdı. Çünki o sürətlə əyləcdən istifadə etsə, minumum 7-8 metr məsafə getdikdən sonra dayana bilər. Bəs eyni anda bir neçə qayda pozuntusuna görə sürücüyə qanunla hansı cərimə tətbiq edilə bilər?

Əgər yolda radar sürücünün sürət həddini aşmasını qeydə almayıbsa, ara məsafəsi və avtomobili düzgün yerləşdirilməməsinə görə cərimə 40 manatdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti