Prezidentlərin növbəti görüşündən gözləntilər

Prezidentlərin növbəti görüşündən gözləntilər
  27 İyul 2016    Oxunub:1901
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşündən irəliləyiş gözləyir.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

“Vyana və Sankt-Peterburqdakı görüşlər təmas xətti və Azərbaycan-Ermənistan sərhədində nisbi sabitliyin təmin edilməsi və gərginliyin azaldılmasında rol oynayıb. Prezidentlər arasında gözlənilən görüş tərəflərin atəşkəs rejiminə sadiqliyini nümayiş etdirməlidir. Növbəti görüşün tərəflər arasında gərginliyin azaldılmasına yönəlik danışıqlar prosesində nailiyyətin əldə edilməsinə töhfə verəcəyini gözləyirik” - deyə, Uorlik bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti