Ərdoğana qarşı qiyamda 8651 hərbçi iştirak edib

Ərdoğana qarşı qiyamda 8651 hərbçi iştirak edib
  27 İyul 2016    Oxunub:1834
Türkiyədə 8651 hərbçi ölkədə çevriliş cəhdində iştirak edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Məlumatda deyilir ki, dövlət çevrilişinə cəhddə 1214 kursant, 1676 kiçik zabit heyəti, 5761 ali zabit heyəti iştirak edib.

Bundan başqa çevriliş cəhdinin iştirakçıları 37 helikopter, 34 təyyarə, 3 gəmi, 74 tank, 246 zirehli texnika və 3992 silahdan istifadə ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti