Səhiyyə Nazirliyi: Partlayışda 24 nəfər yaralanıb

Səhiyyə Nazirliyi: Partlayışda 24 nəfər yaralanıb
  27 İyul 2016    Oxunub:1817
Azərbaycan Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın APA-ya verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib.

Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür.

AzVision.az


Teqlər:  





Xəbər lenti