`Partlayışda hərbi qulluqçular xəsarət almayıb` - Müdafiə Nazirliyi

`Partlayışda hərbi qulluqçular xəsarət almayıb` -  Müdafiə Nazirliyi
  26 İyul 2016    Oxunub:1460
Şirvanda zavodda baş vermiş partlayış nəticəsində hərbi qulluqçular xəsarət almayıb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən hadisə zamanı Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında xəsarət alanlar yoxdur.

Qeyd edək ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib. Rəsmi məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti