`Hamını ehtiyatlı olmağa çağırıram` - Millət vəkili
“Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” silah zavodunda baş vermiş partlayış hadisəsi ölkə ictimaiyyətinin diqqətindədir. Hadisə ilə rəsmi qurumlar müvafiq məlumat veriblər, texnogen hadisə artıq nəzarət altına alınıb.
Ancaq xəbər saytlarında hərbi təyinatlı obyek barəsində geniş məlumatlar açıqlanmağa, partlamış mərmilərin şəkilləri çəkilərək yayılmağa başlanıb. Obyekt barəsində geniş məlumatların verilməsi, hərbi təyinatl məhsulların şəkillərin verilməsi bir vətəndaş kimi məni narahat edir.
Hamını informasiya yayılmasında ehtiyatlı olmağa çağırıram, düşmən yatmır, istənilən ehtiyatsız informasiya müdafiə qabiliyyətimizin zəifləməsinə, hərbi sirrin yayılmasına səbəb ola bilər”.
Xatırladaq ki, partlayış Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı ”Araz” zavodunda baş verib. Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.
AzVision.az