Sarkisyan qiyamçıların lideri ilə görüşəcək

Sarkisyan qiyamçıların lideri ilə görüşəcək
  24 İyul 2016    Oxunub:16979
Ermənistan prezidenti Serj Sarkisyan “Yeni Ermənistan” İctimai Xilas Fondunun sədri, müxalif “Təsis parlamenti” qrupunun rəhbəri Jirayr Sefilyanla görüşməyə hazır olduğunu bildirib.
Bunu tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “deputat”ı Vitaliy Balasanyan açıqlayıb.

Qeyd edək ki, J. Sefilyan hazırda qanunsuz silah əldə etmə və saxlama ittihamı ilə həbsdədir. İyulun 17-də Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvləri Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt ediblər. Nəticədə 1 polis əməkdaşı öldürülüb, 4 polis əməkdaşı yaralanıb. Silahlılar sonrakı günlərdə girov götürdükləri 7 polis əməkdaşını azad ediblər. Polis binasını zəbt edən silahlılar J. Səfilayanın azadlığa buraxılmasını, S. Sərkisyanın prezident postundan istefasını tələb ediblər.

V. Balasanyan isə bu gün jurnalistlərə açıqlamasında deyib ki, J. Səfilyan onunla növbəti görüşdə bir daha S. Sərkisyanın istefasını tələb etmədiyini bildirib, milli maraqlarla bağlı narahatlıq doğuran məsələlərə toxunub. J. Səfilyan S. Sərkisyanla görüşmək istədiyini söyləyib: “Biz Jirayr Səfilyanın istəyini Ermənistan prezidentinə çatdırdıq. Serj Sərkisyan polis binasını zəbt edən silahlılar silahını yerə qoyduqdan və təslim olduqdan sonra Jirayr Səfilyanla görüşməyə, reallıq və perspektivləri izah etməyə hazır olduğunu bildirdi”. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti