Ermənilər çayla Azərbaycana top mərmisi axıdır

Ermənilər çayla Azərbaycana top mərmisi axıdır
  24 İyul 2016    Oxunub:3960
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən Ağcabədi rayonunda aşkar olunmuş partlamamış hərbi sursat haqqında hesabat yayıb.
Agentlikdən AzVision.az-a verilən məlumata görə, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisindən keçən Qar-Qar çayının içərisində partlamamış mərminin aşkar olunması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib, aşkar olunmuş 1 ədəd partlamış top mərmisinin ballistik qapağı götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın ətrafında 3 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti