TQDK: Bəzi abituriyentlər imtahandan qovulub
Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər sənədlərini gətirmədikləri üçün imtahana buraxılmayıblar.
Həmçinin imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
İyulun 24-dən etibarən komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.
Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
AzVision.az
Teqlər: