Deputatın həkim əmisi ittihamlara cavab verdi - VİDEO

Deputatın həkim əmisi ittihamlara cavab verdi - VİDEO
  01 İyul 2016    Oxunub:3340
Sumqayıtda 81 yaşlı cərrahın əməliyyat etdiyi xəstə bu gecə dünyasını dəyişib.
3 uşaq anası Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına müraciət edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb.

Xəstənin yaxınları isə Lumu Veyisovun ölümündə həkimi günahlandırırlar. İddia edirlər ki, həkim yaşlı olduğu üçün xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.

Xəstəni əməliyyat edən həkim Cəfər Quliyev isə bununla razılaşmayıb. Açıqlama verən həkim məslənin təfərrüatları barədə məlumat verib.

O xəstənin xəstəxanaya gec çatdırıldığını, vəziyyətinin ağır olduğunu bildirib. Xəstənin öd kissəsində ağır irinli proses olub, ətraf damarlarda da irinləşmə prosesi gedib. (Ans tv)

AzVision.az xatırladır ki, adı xəstənin ölümündə hallanan həkim Cəfər Quliyev millət vəkili Fərəc Quliyevin əmisidir.



AzVision.az


Teqlər:





Xəbər lenti