Azərbaycanın bayraqdarı rəsmən elan edildi

Azərbaycanın bayraqdarı rəsmən elan edildi
  01 İyul 2016    Oxunub:3674
Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bu, boksçumuz Teymur Məmmədovdur.
Bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

“Biz bayraqdarın adını Olimpiya Oyunlarının açılışına bir həftə qalmış təqdim edəcəyik. Bu, bir çox məsələdən, o cümlədən idmançının açılış mərasimində olub-olmamasından asılıdır. Biz bayraqdarı güləşçilərdən, taekvondoçulardan da seçə bilərdik. Ancaq həmin vaxt onlar Braziliyada olmayacaqlar. Onlar yarışa hazırlaşdıqları üçün bir müddət sonra gələcəklər”- deyə vitse-prezident bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti