XİN: Terrorda ölənlər arasında azərbaycanlı yoxdur

XİN: Terrorda ölənlər arasında azərbaycanlı yoxdur
  29 İyun 2016    Oxunub:2819
İlkin məlumatlara əsasən İstanbulun Atatürk hava limanında törədilmiş terror aktında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Bu barədə AzVision.az Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında iyunun 28-də 3 terrorçu-intiharçı özünü partladıb.

Ən son məlumatlara görə terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti