`Həyasızlarla bir yerdə ola bilmərəm` - NİDA-da istefa

`Həyasızlarla bir yerdə ola bilmərəm` - NİDA-da istefa
  28 İyun 2016    Oxunub:6949
NİDA vətəndaş hərakatının üzvü Ömər Məmmədov təşkilatdan istefa verib.
AzVision.az-ın məlumatına görə, bu barədə o, Facebook hesabında yazıb.

“NİDA Vətəndaş Hərəkatından ayrıldığımı bəyan edirəm. Həyasızlarla bir təşkilatda ola bilmərəm”.

Təşkilat üzvlərinin verdiyi məlumata görə, NİDA-da yaxın günlərdə kütləvi istefaların olacağı qaçılmazdır. Üzvlər arasında fikirayrılıqları mövcuddur. Bu baxımdan NİDA-da tez-tez qarşıdurmalar yaşanır.

Qeyd edək ki, Ömər Məmmədov bu il prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti