`Qarabağ münaqişəsi həllini tapacaq` - Sarkisyan

`Qarabağ münaqişəsi həllini tapacaq` - Sarkisyan
  26 İyun 2016    Oxunub:2343
Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilməlidir.
AzVision.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Vatikan radiosuna müsahibəsində deyib.

“Aprel hadisələrinə qədər biz münaqişənin qarşılıqlı güzəşt əsasında nizamlanmasından danışırdıq. İndi insanlar çətin başa düşürlər ki, güzəştə necə getmək olar. Bunula belə, mən inanıram ki, bizə optimal həll yolu tapmaq lazımdır” , - Sarkisyan bildirib.

S.Sarkisyan qeyd edib ki, bu yol Ermənistan və Azərbaycan üçün yox, Dağlıq Qarabağ xalqı üçün yaxşı olmalıdır.

“Mən əminəm ki, biz bu həlli tapacağıq”, - deyə Ermənistam prezidenti əlavə edib.


Teqlər:





Xəbər lenti