AZAL-ın təyyarəsində stüardessa sərnişinlə dalaşdı

AZAL-ın təyyarəsində stüardessa sərnişinlə dalaşdı
  26 İyun 2016    Oxunub:3929
Bakıdan uçan təyyarədə AZAL-ın əməkdaşı ilə sərnişin arasında dava düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı Cəbiyeva Facebook hesabında yazıb

Onun sözlərinə görə, dava uçuşa beş dəqiqə qalmış başlayıb: “AZAL-ın əməkdaşı ilə sərnişinin biri mübahisə etdi. Onlar yumruq davasına çıxdılar, bir-birlərini təyyarədən çöldə “razborka”ya çağırdılar. Bir saat keçdi, bu dəfə başqa bir stüardessa ilə digər sərnişin güləşin bütün fəndlərini nümayiş etdirdilər. Təbii ki, söyüş və təhqirlər bonus olaraq... Uşaqlar ağladı, qadınlar qışqırdı. Bir sözlə, biabırçılıq! Və uçuşun sonunda o qızın səsi 3 saatlıq uçuşda baş verənlərin fonunda çox gözəl səslənirdi: “Bizimlə uçduğunuz üçün təşəkkürlər! Sizinlə bir daha görüşməyə şad olarıq!”.

AzVision.az


Teqlər:  





Xəbər lenti