London “Brexit”in əleyhinədir - İnsanlar çaş-baş qalıb

London “Brexit”in əleyhinədir - İnsanlar çaş-baş qalıb
  25 İyun 2016    Oxunub:2619
Böyük Britaniya vətəndaşları ölkələrinin gələcəyinin Avropa İttifaqının xaricində olacağı fikrinə alışmağa çalışır. Londonda isə şok və məyusluq hökm sürür. Əgər bütün ölkə Aİ-dən çıxmağa səs veribsə, paytaxt sözsüz olaraq onun tərkibində qalmaq istəyir.
AzVision.az Azərtac-a istinadla xəbər verir ki, Londonun Britaniyadan ayrılaraq müstəqilliyini elan etməsi və sonradan Avropa İttifaqına qoşulması təklifi ilə paytaxt merinə ünvanlanan petisiyanı bir gün ərzində 50 min nəfər imzalayıb və imzaların sayının durmadan artdığı bildirilir.

London sakinlərinin 60 faizi “Brexit”in əleyhinə səs verib. Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması tərəfdarlarının üstünlüyü cüzi olduğundan londonlular təkrar referendumun keçirilməsini vacib hesab edirlər.

Bu arada Londonun əsas küçəsində əsl çaşqınlıq hökm sürür. Bankların əksəriyyəti referendumun başqa cür nəticələnəcəyini düşünürdü və hazırda bazarlarda yaranan qeyri-müəyyənliyə və aksiyaların qiymətdən düşməsinə görə yarana biləcək zərərləri hesablamaqla məşğuldurlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti