`Britaniya ilə münasibətlərimiz dəyişməyəcək` - Kerri
“ABŞ və Böyük Britaniya arasında mövcud olan xüsusi münasibətlər əvvəlki kimi dəyişməz qalacaq. Bizim ölkələr NATO-nun güclü, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, kommersiya tərəfdaşları və yaxın dostlardır. ABŞ həmçinin Avropa qarşısında öhdəliklərini bir daha təsdiq edir və Avropa Birliyi ilə Ukrayna, nüvə silahının yayılmaması, iqlim dəyişikliyi, ticarət, insan haqları kimi məsələlər üzrə birgə gündəliyə malikdir.
Yaxın illərdə bir məsələ dəyişməz qalacaq ki, bu da Amerikanın bütün Avropa dostlarına və əsasında demokratiyaya qarşılıqlı dəstək, sülhə sadiqlik və qanunun aliliyi duran Avroatlantik əlaqələrə güclü dəstəkdir”, - deyə baş katib vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: