Erməni general və 2 polkovniki 8 il həbs gözləyir

Erməni general və 2 polkovniki 8 il həbs gözləyir
  01 İyun 2016    Oxunub:1961
Ermənistanın İstintaq Komitəsi ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin saxlanılmasına dair iş üzrə təfərrüatları açıqlayıb.
AzVision.az “Report”a istinadən xəbər verir ki, hərbçilər səhlənkarlıq və hakimiyyətdən sui-istifadədə ittiham olunurlar və onlar 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Silah İdarəsinin sabiq rəisi general-mayor Melsik Çilinqaryan və həmin idarənin Avtonəqliyyat Xidmətinin sabiq rəisi polkovnik Armen Sarkisyan saxlanılıb.

Bundan əlavə Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat Departamentinin Kimyəvi, mühəndis və kəşfiyyat vasitələri ilə təminat şöbəsinin rəisi polkovnik Mqer Papyan da saxlanılıb.

İlkin istintaq işləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti