Azərbaycanda dələduzluq və oğurluq niyə artır?

Azərbaycanda dələduzluq və oğurluq niyə artır?
  31 May 2016    Oxunub:3318
Son günlər Azərbaycanda dələduzluq və oğurluq hallarının artması müşahidə olunur. Tanınmış şəxslərin dələduzların “qurbanı”na çevrilməsi haqda mətbuatda tez-tez xəbərlərə rast gəlinir. Buna səbəb nədir? Azərbaycan dələduzluq və oğurluq niyə artır?
Millət vəkili Çingiz Qənizadə təklif edir ki, bu kimi halların qarşısını almaq üçün dələduzluq və oğurluq faktlarına görə cəzalar sərtləşdirilməlidr. Deputat AzVision.az-a açıqlamasında bildirib ki, neqativ halların aradan qaldırılması üçün qanuna dəyişiklik etmək lazımdır.

“Dələduzluqla bağlı cinayətkarlıq artıbsa, bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Hər bir şikayətə reaksiya verilməli, şikayət əsasında vətəndaşa qarşı dələduzluq etmiş şəxs saxlanılmalı və məsuliyyətə cəlb edilməlidir. Onlara vaxt vermək yeni-yeni dələduzluq faktlarının artmasına rəvac verəcək.

Hüquqşünas olaraq təhsil aldığım dönəmdə bizə öyrədilənlərə əsasən demək olar ki, iqtisadi durum hansı ölkədə aşağıdırsa, orada oğurluq, dələduzluq və digər cinayətlərin sayı artır. Ola bilər ki, ölkəmizdə də devalvasiyadan sonra müəyyən çətinliklər yaranıb. İnsanların kreditləri ödəmələri ilə bağlı böyük problemləri var. İnsan özü və ya evdə ailə-uşağı ac olanda nəinki oğurluq, dələduzluğa, hətta ölümə də getməyə hazırdır. Biz bu məsələlərin ciddi səbəbini araşdırmalıyıq”-deyə deputat qeyd edib.



Ç.Qənizə hesab edir ki, oğurluq və dələduzluq faktlarının səbəbi araşdırılması və bu istiqamətdə lazımı addımlar atılmaldır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti