Tovuz sakini həyətində elektrik stansiyası düzəldib - FOTOLAR

Tovuz sakini həyətində elektrik stansiyası düzəldib - FOTOLAR
  29 May 2016    Oxunub:51312
Tovuzda yaşayan Arif İsgəndərov özünə məxsus fermada illərdir sərf olunan enerjiyə pul ödəmir. Səbəb isə özünün ixtira etdiyi qurğudur.

AzVision.az Kəpəz TV-yə istinadla xəbər verir ki, Tovuzun Düzqırıqlı kənd sakini, 55 yaşlı Arif İsgəndərov yaşadığı kənddən Ceyrançöl adlanan əraziyə elektrik enerjisi çəkməyin mümkün olmadığını gördükdə, maraqlı ixtira edib.



Müxtəlif texnikaların hissələrini toplayaraq iri pər düzəldən fermer, Kür çayına axan su vasitəsilə onu işə salıb. Sürətlə fırlanan pər kəndlinin arzusunu reallaşdırıb.

Arif İsgəndərov sudan alınan elektrik enerjisi vasitəsilə fermanın işıqlanmasını təmin edir, soyuducu və televizoru işə sala bilir. Kənd sakininin sözlərinə görə, qurğunu bir qədər də təkmilləşdirib daha çox enerji əldə etmək olar.





Teqlər:  





Xəbər lenti