İranda gənclərə 99 şallaq vurulacaq

İranda gənclərə 99 şallaq vurulacaq
  28 May 2016    Oxunub:3001
İranda əxlaq polisinin əməkdaşları tərəfindən buraxılış bayramları zamanı ölkənin mənəvi kodeksini pozduqlarına görə saxlanılan 30-dan çox gənc 99 şallaq cəzasına məhkum edilib.
AzVision.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Qəzvin şəhərinin prokuroru bildirib ki, gənclər yığıncaqda spirtli içki qəbul ediblər, həmçinin rəqs edərək əxlaqsız davranış nümayiş etdiriblər.

Məmurun sözlərinə görə, istintaqa cəmi bir gün vaxt sərf olunub.

Qeyd edək ki, İranda spirtli içkilərinq əbulu və kişilərinq adınlarla rəqsi qadağandır.

AzVision.az


Teqlər:  





Xəbər lenti