Kim Çen In özünə yeni `Facebook` yaratdı

Kim Çen In özünə yeni `Facebook` yaratdı
  28 May 2016    Oxunub:3694
Şimali Koreyada dizaynı “Facebook”a bənzəyən yeni sosial şəbəkə - “Startcon” yaradılıb.
Sosial şəbəkənin nəinki rəngləri, hətta axtarış sistemləri və dostlar lentinin formalaşdırılması prisnipi də “Facebook”a bənzədilib.

AzVision.az “CNN” telekanalına istinadən xəbər verir ki, sayt hazırda test rejimindədir.

“Adətən Şimalim Koreya saytları Çin domenlərində yerləşir, lakin bu sosial şəbəkə ölkə daxili domendədir. Sayt ölkə daxili üçün nəzərdə tutulub”, - deyə İnternetin analizi üzrə mərkəzin direktoru Maq Meydori bildirib.

Hələlik sosial şəbəkədə nə qədər istifadəçinin qeydiyyatdan keçdiyi bilinmir. Sosial şəbəkənin əsas səhifəsində Şimali Koreya lideri Kim Çen Inın şəklinin olduğu vurğulanır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti