Azərbaycanda şairə 110 min pul `atdılar`

Azərbaycanda şairə 110 min pul `atdılar`
  28 May 2016    Oxunub:2721
Bakıda şairə qarşı dələduzluq edilib.
AzVision.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü German Əli oğlu Hüseynov polisə ərizə ilə müraciət edərək bildirib ki, 1965-ci il təvəllüdlü Valeh Vəli oğlu Rüstəmov onu aldadıb iş qurmaq adı ilə 30 min ABŞ dollar pulunu alıb. Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

G. Hüseynov dələduzluğa məruz qalması faktını təsdiqləyib. O bildirib ki, əslində ona 30 min yox, 110 min dollar ziyan dəyib. G. Hüseynov dələduzluğa məruz qalması ilə bağlı yaxın günlərdə detallı açıqlama verəcəyini bildirib.

Qeyd edək ki, German Hüseynov şair-publisistdir. O, “656№-li qatar”, “Könlüm sevgi zindanı”, “Ruhum Ağdamda qaldı”, “Bu il də tut yemədik”, “Əzizbəyov küçəsi ev 57”, “Sən mənim əbədi məhəbbətimsən” adlı şeir kitablarının müəllifidir.

AzVision.az


Teqlər:





Xəbər lenti