Neftin qiyməti yenə “oynayır”

Neftin qiyməti yenə “oynayır”
  27 May 2016    Oxunub:1560
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,11 dollar, yaxud 0,22% ucuzlaşaraq 49,48 dollar/barel təşkil edib.
AzVision.az məlumatına görə, "Brent" markalı neft isə 0,19 dollar və ya 0,38% geriləyərək 49,59 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 56 dollar/barel olacağı gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti