Ukraynalıların 48%-i Poroşenkonun istefasını istəyir

Ukraynalıların 48%-i Poroşenkonun istefasını istəyir
  26 May 2016    Oxunub:1620
Ukrayna vətəndaşlarının böyük əksəriyyəti offşor hesabları ilə bağlı qalmaqala görə prezident Pyotr Poroşenkonun istefa verməsi tələb edir.
AzVision.az xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun apardığı sorğunun nəticələri göstərir.

Offşorlar barədə məlumatların dərc olunmasından sonra hazırki prezident istefa verməlidirmi?” sualına rəyi soruşulanların 48-i “Təbii ki, verməlidir”, 17,5 faizi “böyük ehtimalla verməlidir” -deyə cavab verib.

Respondentlərin 18,3 faizi bu məsələyə fikir bildirmək istəməyib.

Sorğu 13-18 may tarixlərində keçirilib. Sorğuda Ukraynanın 110 regionundan 2039 nəfər iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti