Ermənistanda əsgər hərbçi yoldaşını öldürdü

Ermənistanda əsgər hərbçi yoldaşını öldürdü
  26 May 2016    Oxunub:2159
Ermənistan ordusu daha bir əsgərini itirib.
AzVision.az “news.am”a istinadən xəbər verir ki, ötən gün (25 may tarixində-red) Ermənistan ordusunun N saylı hərbi hissəsində əsgər Akop Gevorkyanla Q. Kosoqoblyan arasında dava düşüb.

Nəticədə Q. Kosoqoblyan əsgər yoldaşının ürək nahiyəsinə bir neçə bıçaq zərbə vurub.

Yaralı Akop Gevorkyanı tibb məntəqəsinə çatdırmaq istəsələr də, o, yolda keçinib.

Faktla bağlı cinayət işi açılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti