Gülnarın əri etiraf etdi: `Onu mən öldürmüşəm`

Gülnarın əri etiraf etdi: `Onu mən öldürmüşəm`
  26 May 2016    Oxunub:15654
Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan 23 yaşlı Gülnar Həbibovanın cəsədi şəhərin Petrodoveretsk rayonu yaxınlığında meşədən tapılıb.
AzVision.az “Life” saytına istinadən xəbər verir ki, Gülnar Həbibova həyat yoldaşı Samir Həbibov tərəfindən qətlə yetirilib.

Mərhumun həyat yoldaşı istintaqa verdiyi ilkin ifadə zamanı günahını etiraf edib. O, həyat yoldaşını ehtiyatsızlıqdan öldürdüyünü bildirib. Meyitin ekspertizasından sonra ölümün dəqiq səbəbi bəlli olacaq.

***

Rusiyanın Sankt-Peterburq şəhərində toyundan bir həftə sonra yoxa çıxan 23 yaşlı Gülnar Həbibovanı həyat yoldaşı öldürüb.

AzVision.az-ın “Komsomolskaya Pravda”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, itkin düşmüş 23 yaşlı azərbaycanlı Gülnar Həbibovanın qətlində şübhəli bilinən onun həyat yoldaşı, 32 yaşlı Samir Həbibov saxlanılıb.

Xəbərdə qeyd olunub ki, Gülnar Həbibovanı öz həyat yoldaşı qətlə yetirib və sonra onun itməsi ilə bağlı polisə məlumat verib. O da bildirilir ki, qadının meyiti hələlik tapılmayıb.

Qeyd edək ki, Gülnar Həbibova aprelin 22-nə keçən gecə yoxa çıxıb.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti