Türkiyədə daha bir terror: 3 ölü, 9 yaralı

Türkiyədə daha bir terror: 3 ölü, 9 yaralı
  26 May 2016    Oxunub:2349
Türkiyədə terror faciəsi səngimək bilmir
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terrorçuları Mardin şəhərinin Midyat vilayətində Anıtlı Jandarma Polis Komandirliyinin binasının yaxınlığında bombalı avtomobili partladıblar.

Hadisə nəticəsində 1-i əsgər, 2-si mühafizəçi olmaqla 3 nəfər şəhid olub, 9 nəfər isə yaralanıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub. Terrorçuların ələ keçirilməsi üçün əməliyyat keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti