`Qarabağ` Azərbaycan Kubokunu qazandı

`Qarabağ` Azərbaycan Kubokunu qazandı
  26 May 2016    Oxunub:2831
Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib.
AzVision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final görüşündə "Qarabağ" və "Neftçi" komandaları qarşılaşıb.

Matçda 90 dəqiqə ərzində hesab açılmayıb. Oyunun əsas vaxtında hesab açılmadığından əlavə vaxt oynanılıb.

"Qarabağ" komandası 119-cu dəqiqədə hesabı açaraq oyundan qalib ayrılıb. Bununla da Ağdam təmsilçisi tarixində 5-ci dəfə kubokun sahibi olub.

AzVision.az



Teqlər:  





Xəbər lenti