FES-in qərarı Azərbaycana təsir edəcəkmi?

FES-in qərarı Azərbaycana təsir edəcəkmi?
  25 May 2016    Oxunub:2353
“ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək”.
AzVision.az Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, FES-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil:

“Daha böyük faktorlar neftin qiyməti, Azərbaycanla qonşu ölkələrdə valyutanın məzənnəsi, eləcə də Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur”.

AzVision.az


Teqlər:  





Xəbər lenti